Azərbaycan boksçuları beynəlxalq turnirdə 8 qızıl medal qazandılar
Əziz Əzizli
Rusiyanın Belebey şəhərində məktəbli boksçular arasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş beynəlxalq turnir keçirilib
Operativ Media xəbər verir ki, yarışda Azərbaycan millisi də mübarizə aparıb.
Yığmamız turniri 8 qızıl medalla başa vurub.
Komandamızın heyətində Onur Qurbanov (38 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Elcan Musazadə (50 kq), Məhəmməd Əli (52 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq) və Yusif Ağakişiyev (80 kq) qalib adına yiyələnib.
Teqlər:
"Az\u0259rbaycan boks\u00e7ular\u0131 beyn\u0259lxalq turnird\u0259 8 q\u0131z\u0131l medal qazand\u0131lar"