Menyu

Azərbaycan Şahmat Federasiyasında yeni idarə heyəti formalaşdı

Əziz Əzizli
Azərbaycan Şahmat Federasiyasında yeni idarə heyəti formalaşdı
1 dəq oxu

Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyinə yeni seçkilər keçirilib.

Operativ Media xəbər verir ki, uzun illər federasiyada prezident vəzifəsində çalışan, eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti olan Mahir Məmmədov səsvermə nəticəsində dörd il müddətinə AŞF-nin prezidenti seçilib.

Faiq Həsənov federasiyanın birinci vitse-prezidenti, Yaqub Hüseynov və Bəxtiyar Məmmədov isə vitse-prezident seçiliblər.

Azərbaycan Şahmat Federasiyasının prezidenti və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqləniblər.

Əlaqəli Xəbərlər