2024/25 mövsümünün kubok finalı rekordla yadda qaldı
Əziz Əzizli
Azərbaycan kubokunun 2024/25 mövsümünün finalında 5 qol vurulub. “Sabah”ın “Qarabağ”a əlavə vaxtda 3:2 hesabı ilə qalib gəldiyi matç turnirin tarixinə düşüb.
Operativ Media xəbər verir ki, bu görüş əsas və əlavə vaxtında ən çox qol vurulan final oyunu olub. 1992-ci ildən keçirilən kubokun əvvəlki həlledici qarşılaşmalarında bu qədər qol vurulmayıb.
Bunadək ən məhsuldar finalda 4 qol qeydə alınıb. 2014/15 mövsümündə “Qarabağ” “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ümumilikdə 31 finalda 62 qol vurulub.
Teqlər:
"2024\/25 m\u00f6vs\u00fcm\u00fcn\u00fcn kubok final\u0131 rekordla yadda qald\u0131"