Akvaparklarda giriş qiymətləri - SİYAHI
Artıq yay mövsümünün başlamasına çox az bir zaman qalıb. Hələki yay fəsli olmasa da havalar isti keçir. İnsanlar istidən qaçmaq üçün müxtəlif yollar axtarmağa başlayıblar.
Bu aylarda sərinləməyin və istirahətin ən gözəl yollarından biri də çimərliklərə və hovuzlara üz tutmaqdır.
Bakıda atraksionları olan bir çox akvaparklar artıq yay mövsümünə start verib.
Bəs ödəniş nə qədərdir?
Operativ Media Bakıda yerləşən istirahət mərkəzlərinin qiymətlərini araşdırıb:
1. "Spring Hotel" – Novxanı ərazisində yerləşir. Adambaşı giriş qiyməti 25 AZN təşkil edir.
2. "My Beach" – Novxanı ərazisində yerləşir. Adambaşı giriş qiyməti 20 AZN təşkil edir.
3. "Aqua Rooms Hotel" – Novxanı ərazisində yerləşir. Adambaşı giriş qiyməti 20 AZN təşkil edir.
4. "AF Hotel" – Novxanı ərazisində yerləşir. 3 yaşına qədər pulsuz, 3-12 yaş 15 AZN, 12 yaşdan yuxarı 20 AZN təşkil edir.
5. "White Beach Club" – Nardaran ərazisində yerləşir. Həftəiçi adambaşı giriş qiyməti 30 AZN, həftəsonu 40 AZN təşkil edir.
6. "Sea Breeze Resort" – 5 yaşına qədər pulsuz, 5 yaşdan yuxarı 20 AZN, əlavə olaraq 10 AZN depozit tələb olunur.
7. "Mambo Beach" – Həftəiçi adambaşı giriş qiyməti 20 AZN, həftəsonu 25 AZN təşkil edir (qiymətlər 10 iyun tarixindən sonra yenilənəcək).
8. "Amburan Beach Club" – Bilgəh ərazisində yerləşir. Həftəiçi adambaşı giriş qiyməti 25 AZN, həftəsonu 35 AZN təşkil edir.