Menyu

"Azercell" nömrələri 1 manat ödəniş zamanı 1 gün aktiv qalacaq? - AÇIQLAMA

Redaksiya 55431 baxış
"Azercell" nömrələri 1 manat ödəniş zamanı 1 gün aktiv qalacaq? - AÇIQLAMA

“Azercell Telekom”un ödəniş (danışıq) kartlarının istifadə müddətini azaltdığı bildirilir. 

İqtisadiyyat.az saytının yaydığı məlumata görə, bununla bağlı “Azercell” şirkəti müvafiq qərar qəbul edib.

Qeyd olunur ki, 1 iyul 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti aşağıdakı kimi tətbiq ediləcək:


1-1,99 manat – 1 gün;
2-2,99 manat – 2 gün;
3-4,99 manat – 3 gün;
5-9,99 manat – 5 gün;
10-24,99 manat –  10 gün;
25-49,99 manat – 25 gün;
50-99,99 manat – 50 gün;
100 + manat – 50 gün.

Mövzu ilə bağlı Operativ Media "Azercell"ə sorğu ünvanlayıb. 

Bildirilib ki, 01 iyul 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti tətbiq ediləcək. 

"Əlavə olaraq nəzərinizə çatdırırıq ki, istifadə etdiyiniz tarifin qiyməti ödənildiyi təqdirdə, ödəniş nominalından asılı olmayaraq, nömrənin xətti tarifin bitmə gününədək aktiv qalacaq. Misal olaraq, əgər nömrənizdə "Azercellim" tarifidirsə və balansınıza 2 AZN ödəniş edərək, tarifi yeniləyirsinizsə, bu zaman tarifin istifadə müddəti bitənədək (30 gün) nömrənizin xətti aktiv qalacaq."-cavab olaraq qeyd olunub.

Teqlər:

"\"Azercell\" n\u00f6mr\u0259l\u0259ri 1 manat \u00f6d\u0259ni\u015f zaman\u0131 1 g\u00fcn aktiv qalacaq? - A\u00c7IQLAMA"

Əlaqəli Xəbərlər