02 İyun 2025, 17:32
AFFA Yüksək Qızlar Liqasının qalibləri mükafatlandırılıb
AFFA Yüksək Qızlar Liqasının qalibləri mükafatlandırılıb şəkil
AFFA Yüksək Qızlar Liqasının qalibləri mükafatlandırılıb

AFFA Yüksək Qızlar Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.

Operativ Media xəbər verir ki, mövsümün son oyununda “Neftçi” “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib. Beləliklə, “Neftçi” çempionatda birinci, Zaqatala təmsilçisi “Dirçəliş” ikinci, “Sumqayıt” isə üçüncü yeri tutub.

Matçdan sonra Neftçi Futbol Mərkəzində mükafatlandırma mərasimi keçirilib. “Dirçəliş” və “Sumqayıt” müvafiq olaraq gümüş və bürünc medallarla, “Neftçi” isə qızıl medal və kubokla təltif olunub.

Həmçinin, fərdi mükafatçılar da müəyyənləşib. “Neftçi”nin futbolçusu Coşqunə Əliyeva 31 qolla mövsümün ən məhsuldar oyunçusu olub. Paytaxt klubunun digər üzvü Ayşən Salamzadə mövsümün ən yaxşı oyunçusu, “Dirçəliş”dən Aytac Feyzullayeva isə ən yaxşı qapıçısı seçilib.

Mükafatlandırma mərasimində AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, 19 yaşadək qadınlardan ibarət millinin baş məşqçisi Həbib Ağayev, 17 yaşadək qadınlardan ibarət millinin baş məşqçisi Nərgiz Qurbanova və “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer iştirak ediblər.

Son xəbərlər
Bakı-Tbilisi-Ceyhan kəmərinin ixrac həcmləri açıqlanıb
6 ayda bərpa olunan enerji istehsalı 297,2 mln. kVt·st artıb
Tələbələrin köçürülməsi prosesinə start verilib
"Zirə" əlcəzairli müdafiəçi transfer edə bilər
Taksi fəaliyyəti üçün şəhadətnamə necə alınır? - İZAH
Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
15 İyul 2025, 10:56
Ötən gün 3,3 ton narkotik vasitə məhv edilib
Vətəndaşlar daha 4 məlumatı "Mygov"dan əldə edə bilərlər