02 İyun 2025, 18:47
Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanda 14 medal qazandılar
Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanda 14 medal qazandılar şəkil
Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanda 14 medal qazandılar

Qazaxıstanın Uralsk şəhərində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş kayak və kanoe üzrə beynəlxalq reqata təşkil olunub.

Operativ Media xəbər verir ki, komandamız yarışda 3 qızıl, 6 gümüş, 5 bürünc olmaqla ümumilikdə 14 medal qazanıb.

İvan Vorobyanski bir nəfərlik kayak qayığında həm 200, həm də 500 metr məsafədə yarışlarda qızıl medala sahib olub. Həmçinin 200 metrdə Elmir Tarverdiyev 2-ci, 500 metrdə Mustafa Vəlizadə 3-cü yer tutub. İki nəfərlik kayak qayığında 500 metr məsafədə İvan Vorobyanski – Vacib Babayev cütlüyü bütün rəqiblərini qabaqlayıb. Mustafa Vəlizadə və Elmir Tarverdiyevin sürdüyü qayıq finişi ikinci keçib. İvan Vorobyanski rusiyalı idmançı birgə bürünc medal qazanıb. 200 metr məsafəyə yarışlarda İvan Vorobyanski – Hüseyn Həsənov dueti 2-ci, Vacib Babayevlə Nuran Rəhimli fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.

Kanoedə Hüseyn Səmədli 3 kateqoriya üzrə mükafatçılar sırasına düşüb. 200 metr məsafədə bir nəfərlik qayıqda bürünc, iki nəfərlik qayıqda gümüş medal qazanıb. 500 metr məsafədə iki nəfərlik qayıqda Hüseyn Səmədli 3-cü olub

Son xəbərlər
DYP isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
PSV "Bayer"in qapıçısını icarəyə götürdü
İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
DSMF-nin xərcləri artıb
Baş Dövlət Yol Polisi İdarəsinin isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Texnologiya mədəniyyətimizi yox edir, yoxsa dünyaya tanıdır? - ŞƏRH
Bakı-Tbilisi-Ceyhan kəmərinin ixrac həcmləri açıqlanıb
6 ayda bərpa olunan enerji istehsalı 297,2 mln. kVt·st artıb