18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanın paytaxtı Tiflis şəhərində təlim-məşq toplanışına başlayıb.
Operativ Media xəbər verir ki, yığmanın hazırlıq prosesində yerli komandalarla bir neçə yoxlama görüşü keçirməsi də planlaşdırılır.
Hazırlıq prosesində əsas məqsəd iyulun 25-dən – avqustun 3-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı B divizionunun oyunlarına hazırlaşmaqdır.
Təlim-məşq toplanışının ilk mərhələsi iyunun -12-də yekunlaşacaq.