03 İyun 2025, 11:53
Lamin Yamal "Real"ın yeni transferini "yeni oyuncağım" adlandırıb
Lamin Yamal "Real"ın yeni transferini "yeni oyuncağım" adlandırıb şəkil
Lamin Yamal "Real"ın yeni transferini "yeni oyuncağım" adlandırıb

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal mövsümün sonunda “Real”a keçən milli komanda yoldaşı Din Heysen haqqında zarafat edib.

Operativ Media xəbər verir ki, İspaniya millisinin mətbuat xidməti sosial şəbəkələrdə komandanın yerləşdiyi məkana gələn futbolçuların birgə fotosunu paylaşıb. Yamal şəkilin şərh bölməsində “Mənim yeni oyuncağım” yazıb. Heysen isə bu şərhə “Oğlum” cavabını verib.

20 yaşlı Heysen daha əvvəl “Bornmut” klubunda çıxış edib və ötən mövsüm bütün turnirlərdə 36 oyuna çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Yamal isə “Barselona” klubunun yetirməsidir. Ötən mövsüm 17 yaşlı futbolçu Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 55 oyuna çıxaraq 18 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər
DYP isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
DSMF-nin xərcləri artıb
Baş Dövlət Yol Polisi İdarəsinin isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Texnologiya mədəniyyətimizi yox edir, yoxsa dünyaya tanıdır? - ŞƏRH
Bakı-Tbilisi-Ceyhan kəmərinin ixrac həcmləri açıqlanıb
6 ayda bərpa olunan enerji istehsalı 297,2 mln. kVt·st artıb
Tələbələrin köçürülməsi prosesinə start verilib