Menyu

Bakıdan Təbrizə aviabiletin qiymətləri məlum oldu

Nərmin Qocamanlı 3243 baxış
Bakıdan Təbrizə aviabiletin qiymətləri məlum oldu

Xəbər verdiyimiz kimi, AZAL Bakıdan Təbrizə birbaşa uçuşlara başlayır. 

Məlumatda qeyd olunur ki, reyslər 15 iyun tarixindən etibarən açılır və həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək. 

Operativ Media sözügedən reys üzrə aviabiletin qiymətlərini araşdırıb. 

Məlum olub ki, Bakıdan Təbrizə iyun ayında qiymətlər 1 nəfər üçün 202 AZN-dən başlayır. İyul, avqust aylarında ayında isə bilet qiymətləri bir qədər də bahalaşır və 273 AZN təşkil edir. 

Sentyabr və oktyabr ayları üçün aviabilet qiyməti 182 AZN təşkil edir.

Qeyd edək ki, bu qiymətlərlə əldə edilən bilet yalnız bir istiqamət üzrədir, dönüş daxil deyil.

Uçuş müddəti 1 saat 15 dəqiqə təşkil edir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər