03 İyun 2025, 13:45
Azərbaycan cüdoçuları dünya çempionatına Bakıda hazırlaşırlar
Azərbaycan cüdoçuları dünya çempionatına Bakıda hazırlaşırlar şəkil
Azərbaycan cüdoçuları dünya çempionatına Bakıda hazırlaşırlar

Azərbaycanın kişilərdən ibarət cüdo yığması dünya çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.

Operativ Media xəbər verir ki, idmançılar Milli Komandaların Təlim-Məşq Mərkəzində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb ediliblər. Məşqlərin birinci hissəsi fiziki, ikinci mərhələsi isə texniki-taktiki hazırlıqdan ibarətdir.

Toplanışa performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç rəhbərlik edir.

Cüdo üzrə böyüklər arasında dünya çempionatı 13–20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Azərbaycanı bu mötəbər turnirdə 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığma, həmçinin qarışıq komanda yarışında da qüvvəsini sınayacaq.

Son xəbərlər
Son 6 ay ərzində 40 bağça direktoru işdən çıxarılıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Pakistanın hüquq və ədliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir
Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir
Emin Əmrullayev rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər
Müəllimlərin 45 faizi gələn ildən 1000 manatdan çox maaş alacaq
İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət edib