"Sanderlend"in yarımmüdafiəçisi Cob Bellinqem karyerasını Dortmund "Borussiya"sında davam etdirmək qərarına gəlib.
Operativ Media xəbər verir ki, bu barədə"Sky Sport" məlumat yayıb.
"Sky Sport"un müxbiri Patrik Bergerin sözlərinə görə, transfer qiyməti 30 milyon avro civarında olacaq.19 yaşlı Cob 113 milyon avroya Madrid tərəfinə keçməzdən əvvəl 2020-2023-cü illərdə "Borussiya"da oynamış "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqemin kiçik qardaşıdır.
Cob 2024/25 mövsümü ərzində "Sanderlend"in heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə verib və komandanın Premyer Liqaya yüksəlməsinə kömək edib.