03 İyun 2025, 18:45
"Neftçi" argentinalı müdafiəçi ilə maraqlanır
"Neftçi" argentinalı müdafiəçi ilə maraqlanır şəkil
"Neftçi" argentinalı müdafiəçi ilə maraqlanır

"Neftçi” müdafiə xəttini gücləndirmək niyyətindədir.

Operativ Media xəbər verir ki, “ağ-qaralar” Rumıniyanın “Universitatye” (Kluj) klubundan ayrıldıqdan sonra azad agent olan Lukas Masoeronı heyətinə qatmaq istəyirlər. Amma bunu etmək asan olmayacaq.

“GSP” nəşrinin məlumatına görə, 30 yaşlı mərkəz müdafiəçisi ilə “Qaziantep”, “Fatih Karagümrük”, "Gənclərbirliyi" (hamısı Türkiyə), “Baniyas” və “Əl-Dafra” (hər ikisi BƏƏ) da maraqlanırlar.

Qeyd edək ki, Lukas Masoero başa çatan mövsümdə Rumıniya Superliqasında 36 matçda 6 qol vurub, 1 məhsuldar ötürmə edib. O, karyerası ərzində “İndependyente Rivadaviya”, “Deportivo Maipu” (hər ikisi Argentina), “Lokomotiv” (Plovdiv, Bolqarıstan) və “Nijniy Novqorod”(Rusiya) klublarında da oynayıb.

Son xəbərlər
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3,4 milyondan çox sərnişinə xidmət edib
Rusiya Azərbaycandan idxal edilmiş 18 ton şaftalıda "ziyanverici bakteriya" olduğunu iddia edir
Azərbaycanda bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
Gəncə-Moskva aviareysi üzrə təyyarə bu gün uçuş edib
Ötən altı ayda törədilmiş cinayətlərin 92,8 faizi açılıb
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edilib
Azərbaycanda ötən 6 ayda 17 049 cinayət qeydə alınıb
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub