Menyu

Modriç "Milan"a keçməyə razılaşıb

Əziz Əzizli
Modriç "Milan"a keçməyə razılaşıb

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç "Milan"a keçməyə razılıq verib.

Operativ Media xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Milan" yaxın 48 saat ərzində 39 yaşlı xorvatiyalı futbolçu ilə müqavilə imzalayacağına əmindir.

"Real Madrid" yarımmüdafiəçinin iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək Klublararası Dünya Çempionatı başa çatdıqdan sonra komandadan ayrılacağını açıqlayıb.

Luka Modriç "Real Madrid"in heyətində bütün turnirlərdə 590 oyun keçirib, 43 qol vurub və 95 məhsuldar ötürmə ilə yadda qalıb. O, Madrid klubuna 2012-ci ildə "Tottenhem"dən transfer olunub.

Teqlər:

"Modri\u00e7 \"Milan\"a ke\u00e7m\u0259y\u0259 raz\u0131la\u015f\u0131b"

Əlaqəli Xəbərlər