Ana səhifə / İdman / "Çelsi"nin hücumçusu ilə dörd klub maraqlanır "Çelsi"nin hücumçusu ilə dörd klub maraqlanır 04.06.2025, 07:00 Əziz Əzizli "Çelsi"nin hücumçusu Armando Broja dörd klubun maraq dairəsinə düşüb. Operativ Media xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. 23 yaşlı albanla " Milan", " Ayaks", "Leypsiq" və PSV maraqlanır . 2024/25 mövsümündə Broja "Everton" da icarə əsasında çıxış edib. Liverpul klubunda 12 oyun keçirib və qol vurmayıb. Albaniyalı hücumçu ötən mövsüm zədə səbəbindən 153 gün yaşıl meydanlardan kənar qalıb. Hücumçunun "Çelsi" ilə hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. "Transfermarkt" portalı onun transfer dəyərini 12 milyon avro qiymətləndirir. Teqlər: "\"\u00c7elsi\"nin h\u00fccum\u00e7usu il\u0259 d\u00f6rd klub maraqlan\u0131r"