Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq
Əziz Əzizli
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünü keçirəcək.
Operativ Media xəbər verir ki, U-21 səfərdə Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Baranoviçi şəhər stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşma "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.