"Turan Tovuz" yalan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb
Əziz Əzizli
"Turan Tovuz" Peşəkar Futbol Klubu son günlər mətbuatda və sosial şəbəkələrdə klubla bağlı yayılan əsassız məlumatlarla bağlı rəsmi açıqlama yayıb.
Operativ Media xəbər verir ki, Klubun sosial media hesabında yer alan məlumatda bildirilir ki, mövsüm başa çatmasına baxmayaraq, baş məşqçi Kurban Berdıyev ölkəni tərk etməyib və növbəti mövsümün hazırlıq planları üzərində işləməyə davam edir. Məşqçi heyəti və klub rəhbərliyi arasında mütəmadi fikir mübadiləsi aparıldığı qeyd olunub.
Açıqlamada həmçinin vurğulanır ki, Kurban Berdıyevlə olan müqavilə qüvvədədir və rəhbərlik daha iddialı komanda formalaşdırmaq üçün baş məşqçiyə tam dəstək göstərir.
"Azarkeşlərimizi və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran yalan və əsassız xəbərlərə inanmamağa çağırırıq. Təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar yalnız klubun rəsmi kanalları vasitəsilə ictimaiyyətə açıqlanacaq", – deyə klubun bəyanatında bildirilib.
Teqlər:
"\"Turan Tovuz\" yalan x\u0259b\u0259rl\u0259rl\u0259 ba\u011fl\u0131 r\u0259smi a\u00e7\u0131qlama yay\u0131b"