"WhatsApp"a yenilik gəlir

admin
"WhatsApp"a yenilik gəlir

WhatsApp, istifadəçilərin məxfiliyini qorumağa yönəlmiş, uzun müddətdir gözlənilən bir addımı həyata keçirməyə hazırlaşır. Platforma, rəqibləri Telegram və Signal kimi istifadəçi adı sistemini tətbiq etmək üçün işlərini sürətləndirib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yeni sistem sayəsində istifadəçilər artıq telefon nömrəsini paylaşmadan söhbətə başlaya biləcəklər. Bu isə şəxsi məlumatların qorunması baxımından mühüm yenilik hesab olunur.

Hazırda WhatsApp həm bu funksiyanın interfeysini, həm də texniki infrastrukturunu inkişaf etdirmə mərhələsindədir.

İstifadəçi adı sistemi istifadəyə verildikdən sonra WhatsApp-da anonim ünsiyyət daha əlçatan olacaq.

Digər xəbərlər