Menyu

"Liverpul" Macarıstan millisinin müdafiəçisini transfer edir

Əziz Əzizli
"Liverpul" Macarıstan millisinin müdafiəçisini transfer edir
1 dəq oxu

"Bornmut"un müdafiəçisi Miloş Kerkez "Liverpul"a keçməyə yaxındır.

Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, mersisaydlılar 21 yaşlı macarın transferi ilə bağlı danışıqların növbəti mərhələsini keçirəcək. Tərəflər keçən həftə şəxsi şərtləri razılaşdırdıqdan sonra işləri yekunlaşdırıblar.

Ötən mövsüm Kerkez 41 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı müdafiəçinin transfer dəyərini 45 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər