
"Neftçi" Kiprin "Apollon" klubunda çıxış edən müdafiəçi Georgios Malekkidisin transferi üçün hərəkətə keçib. Lakin Kipr təmsilçisi futbolçunun qiymətini 600 min avro olaraq müəyyənləşdirib.
Operativ Media "24 Sport"a istinadən xəbər verir ki, "ağ-qaralar" Limassol klubuna rəsmi şəkildə müraciət edərək futbolçunu transfer etmək niyyətlərini açıqlayıblar. Lakin "Apollon" rəhbərliyi Neftçinin 300-350 min avro aralığında etdiyi təklifi qənaətbəxş hesab etməyib.
Klub rəhbərliyi Malekkidisini komandanın gələcəyi üçün əsas oyunçulardan biri kimi görür və onun satışından əldə olunacaq gəlirin daha yüksək olacağına inanır. Futbolçunun hələ də "Apollon" ilə müqaviləsi qüvvədədir və klub onu satmaq üçün təzyiq hiss etmir.
"Apollon" tərəfi danışıqlara açıq olduğunu göstərsə də, yalnız tələb olunan məbləğin ödənilməsi halında transferə razılıq verilə bilər.