Menyu

Bakıda keçiriləcək UFC-yə hansı ulduzlar gəlir?

Əziz Əzizli
Bakıda keçiriləcək UFC-yə hansı ulduzlar gəlir?

UFC-nin super yüngül çəki dərəcəsində çempionu, gürcü döyüşçü Merab Dvalişvili və keçmiş yarımorta çəki çempionu, amerikalı döyüşçü Belal Muhammad Bakıya gələcəklər.

Bakı Şəhər Halqasından Operativ Media-ya bildirilib ki, onlar UFC-nin Azərbaycan paytaxtında keçiriləcək turnirinin ulduz qonaqları olacaqlar.

Yarış iyunun 21-də Kristal Zalda təşkil olunacaq.

Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Turnir çərçivəsində həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.

Teqlər:

"Bak\u0131da ke\u00e7iril\u0259c\u0259k UFC-y\u0259 hans\u0131 ulduzlar g\u0259lir?"

Əlaqəli Xəbərlər