Menyu

"Mingəçevir"in futbolçusunun ömürlük diskvalifikasiya qərarı qüvvədə saxlanıldı

Əziz Əzizli
"Mingəçevir"in futbolçusunun ömürlük diskvalifikasiya qərarı qüvvədə saxlanıldı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı I Liqada “Mingəçevir” klubunda çıxış etmiş futbolçu Nəzərli Muxtar Mehman oğlu barəsində verilmiş apellyasiya şikayətinə baxıb.

Operativ Media xəbər verir ki, 2002-ci il təvəllüdlü futbolçu AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarı ilə danışılmış oyunlarda iştiraka görə futbola aid hər hansı bir məşğuliyyətdən ömürlük kənarlaşdırılmışdı. Nəzərli Muxtar bu qərardan apellyasiya şikayəti vermişdi.

Apellyasiya Arbitraj Tribunalı şikayətə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən AFFA-nın müraciətinə cavab olaraq daxil olmuş məktuba əsasən yenidən baxıb. Nəticədə futbolçunun apellyasiya şikayəti təmin edilməyib və İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.

Qərarda həmçinin bildirilib ki, tərəflər bu qərardan Lozannada yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdirlər.

Teqlər:

"\"Ming\u0259\u00e7evir\"in futbol\u00e7usunun \u00f6m\u00fcrl\u00fck diskvalifikasiya q\u0259rar\u0131 q\u00fcvv\u0259d\u0259 saxlan\u0131ld\u0131"

Əlaqəli Xəbərlər