Menyu

"Espanyol"un qapıçısı Qarsiya 25 milyon avroya "Barselona"ya keçəcək

Əziz Əzizli
"Espanyol"un qapıçısı Qarsiya 25 milyon avroya "Barselona"ya keçəcək

"Barselona" "Espanyol"un qapıçısı Xuan Qarsiyanı transfer etmək üçün razılığa gəlib.

Operativ Media İspaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı ilə 5 illik müqavilə imzalanacaq. "Barselona" futbolçu üçün "Espanyol"la müqavilədə nəzərdə tutulduğu kimi 25 milyon avro ödəyəcək.

2024/25 La Liqa mövsümündə Qarsiya 38 matçda 51 qol buraxaraq 8 oyunda qapısını təmiz saxlayıb.

Qarsiyanın "Espanyol"la müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

"Transfermarkt"in məlumatına görə, 24 yaşlı qolkiperin qiyməti 20 milyon avrodur.

Teqlər:

"\"Espanyol\"un qap\u0131\u00e7\u0131s\u0131 Qarsiya 25 milyon avroya \"Barselona\"ya ke\u00e7\u0259c\u0259k"

Əlaqəli Xəbərlər