"Əl-Hilal" Simone İnzaqinin komandaya baş məşqçi təyin olunduğunu açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti X sosial şəbəkəsində yazıb.
İnzaqi mayın 3-də Asiya Çempionlar Liqasının yarımfinalında "Əl-Əhli"yə 2:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən "Əl-Hilal"ın baş məşqçisi Xorxe Xesusu əvəz edəcək .
İyunun 3-də "İnter" İnzaqinin ayrıldığını açıqlayıb. İtalyan mütəxəssis 2021-ci ildən onun rəhbərliyi altında A Seriyasının, iki İtaliya Kubokunun və üç Super Kubokun qalibi olan Milan komandasını çalışdırırdı.
2024/25 Çempionlar Liqasının finalında "İnter" PSJ-yə uduzub (0:5). Bu görüş komandanın İnzaqinin rəhbərliyi altında sonuncu oyunu olub.
"Əl-Hilal" 2024/25 mövsümündə 75 xal toplayıb və Səudiyyə Ərəbistanı çempionatında 2-ci yeri tutub. “Əl-İttihad” 83 xalla turnirin qalibi olub.