Menyu

Polşada Beynəlxalq Çövkən Federasiyasının III Baş Assambleyası və Avropa Çempionatının püşkatma mərasimi keçirilib

Nərmin Qocamanlı
Polşada Beynəlxalq Çövkən Federasiyasının III Baş Assambleyası və Avropa Çempionatının püşkatma mərasimi keçirilib

4 iyun 2025-ci il tarixində Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə III Baş Assambleya və Çövkən üzrə Avropa Çempionatının püşkatma mərasimi keçirilib.

Federasiyadan Operativ Media-ya verilən məlumata görə, assambleya zamanı Federasiyanın fəaliyyət dairəsi daha da genişləndirilib.

Belə ki, Boliviya, Braziliya, Kolumbiya, Kosta Rika, Meksika, Misir, Niger, Peru, Rumıniya, Sudan, Tailand və Yeni Zelandiya təşkilata yeni üzv ölkə olaraq qəbul olunub.

Tədbirdə qarşıdakı kontinental çempionatların tarixləri və məkanları da açıqlanıb.

Məlumata görə, Çövkən üzrə Asiya Çempionatı sentyabr ayının əvvəlində Özbəkistanda, Afrika Çempionatı sentyabrın sonunda Nigeriyada, Cənubi Amerika Çempionatı isə noyabr ayının sonunda Argentinada keçiriləcək.

Assambleyada çıxış edən Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev Azərbaycan Respublikasında dövlət səviyyəsində bu qədim milli oyuna göstərilən diqqət və dəstəyi xüsusi vurğulayıb.  O, qeyd edib ki, bu sahənin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaratdığı imkanlar Çövkənin beynəlxalq arenada tanınmasında və yayılmasında nümunəvi modelə çevrilmişdir.

Assambleya çərçivəsində 5–8 iyun tarixlərində Polşada keçiriləcək Çövkən üzrə Avropa Çempionatının püşkatma mərasimi də baş tutdu. Turnirdə iştirak edəcək altı ölkənin qarşılaşmaları aşağıdakı şəkildə müəyyənləşib:

    •    Polşa – Macarıstan
    •    Azərbaycan – Türkiyə
    •    Malta – Böyük Britaniya

Qeyd edək ki, Çempionatın açılış oyunu 5 iyun tarixində, Polşa yerli vaxtı ilə saat 16:00-da keçiriləcək.

Teqlər:

"Pol\u015fada Beyn\u0259lxalq \u00c7\u00f6vk\u0259n Federasiyas\u0131n\u0131n III Ba\u015f Assambleyas\u0131 v\u0259 Avropa \u00c7empionat\u0131n\u0131n p\u00fc\u015fkatma m\u0259rasimi ke\u00e7irilib"

Əlaqəli Xəbərlər