Menyu

Azərbaycan milli yığması ilk dəfə Avropa çempionu oldu

Azərbaycan milli yığması ilk dəfə Avropa çempionu oldu

5-7 iyun 2025-ci il tarixlərdə Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən Çövkən üzrə Avropa Çempionatının final qarşılaşması baş tutdu. Tarixi nəticə ilə yadda qalan bu yarışmada Azərbaycan milli komandası ilk dəfə Avropa çempionu oldu.

Operativ Media xəbər verir ki, bu barədə Çövkən Federasiyası məlumat yayıb.

Final oyununda Azərbaycan yığması Malta komandası ilə qarşılaşdı və 6:2 hesabı ilə inamlı qələbə qazandı. Bu nəticə ilə komandamız turnirin kubokuna sahib çıxdı və çövkən tarixində yeni bir səhifə açdı.

Qeyd edək ki, Avropa Çempionatı 5 iyun 2025-ci il tarixdə start götürüb və turnirdə 6 ölkə – Azərbaycan, Türkiyə, Macarıstan, Malta, Polşa və Böyük Britaniya iştirak edib. Azərbaycan milli komandasının ilk oyunu püşkatma nəticəsində 5 iyun tarixində Türkiyə çövkən yığması ilə olub və komandamız bu görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb. 6 iyun tarixində baş tutan yarım-final mərhələsində isə milli komandamız Macarıstan yığmasına qarşı mübarizədə üstünlüyünü davam etdirərək 4:0 hesablı qələbə qazanıb.
Xatırladaq ki, beynəlxalq çövkən təqviminə əsasən, növbəti kontinental mötəbər yarışlar sentyabrın əvvəlində Özbəkistanda Asiya, sentyabrın sonunda Nigeriyada Afrika və noyabr ayında isə Buenos Airesdə Cənubi Amerika çempionatları keçiriləcək

Teqlər:

"Az\u0259rbaycan milli y\u0131\u011fmas\u0131 ilk d\u0259f\u0259 Avropa \u00e7empionu oldu"

Fotogalereya

Əlaqəli Xəbərlər