Menyu

Azərbaycanlı referi FİFA-dan növbəti təyinat aldı

Əziz Əzizli
Azərbaycanlı referi FİFA-dan növbəti təyinat aldı

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Operativ Media xəbər verir ki, Ə.Ağayev DÇ-2026-nın seçmə mərhələsinin K qrupu çərçivəsində keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.

İyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Teqlər:

"Az\u0259rbaycanl\u0131 referi F\u0130FA-dan n\u00f6vb\u0259ti t\u0259yinat ald\u0131"

Əlaqəli Xəbərlər