Menyu

Azərbaycan millisinin üzvü Rusiya Superkubokunun qalibi oldu

Əziz Əzizli
Azərbaycan millisinin üzvü Rusiya Superkubokunun qalibi oldu
1 dəq oxu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının və “Zenit”in futbolçusu Nigar Mirzəliyeva Rusiya Superkubokunun qalibi olub.

Operativ Media xəbər verir ki, Yekaterinburqda keçirilən oyunda "ağ-göylər" "Lokomotiv"ə 3:0 hesabı ilə qalib gəlib.. Qolları Kiki, Yekaterina Pantyuxina və Nataliya Trofimova vurub.

"Zenit"in futbolçuları turnir tarixində ikinci dəfə Superkuboku qazanıblar. Bundan əvvəl onlar 2023-cü ildə CSKA-nı penaltilər seriyasında məğlub etməklə (1:1, penaltilər 5:4) kuboku qazanmışdılar.

Əlaqəli Xəbərlər