Menyu

Azərbaycan milli komandası Monteneqro yığması ilə heç-heçə etdi

Əziz Əzizli
Azərbaycan milli komandası Monteneqro yığması ilə heç-heçə etdi
1 dəq oxu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununa çıxıb.

Operativ Media xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Monteneqro yığması ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda qalib müəyyənləşməyib. Matç 0-0 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, matçı azərbaycanlı rəferi Rəşad Əhmədov idarə edib.

Əlaqəli Xəbərlər