Menyu

Gürcüstanlı futbolçuların evləri qarət olunub

Əziz Əzizli
Gürcüstanlı futbolçuların evləri qarət olunub
1 dəq oxu

Gürcüstan millisinin futbolçuları Xviça Kvaratsxeliya və Zuriko Davitaşvili Fransada qarət ediliblər.

Operativ Media "Geo Team"ə istinadən xəbər verir ki, hər iki oyunçunun qızıl-zinət əşyaları, çantaları və saatları oğurlanıb. Hadisə futbolçular ailələri ilə Kann şəhərində istirahət edərkən baş verib. İdmançıların özləri zərər görməyib.

Qeyd edək ki, Xviça Kvaratsxeliya 2024/2025 mövsümündə PSJ-nin heyətində Çempionlar Liqasının qalibi olub. Davitaşvilinin çıxış etdiyi "Sent-Etyen" isə ötən mövsüm Liqa 1-i 30 xalla 17-ci sırada tamamlayaraq aşağı dəstəyə yuvarlanıb.

Əlaqəli Xəbərlər