Menyu

Fernandu Santuş: "Komandamı Macarıstan yığmasına qarşı hazırlamışam"

Əziz Əzizli
Fernandu Santuş: "Komandamı Macarıstan yığmasına qarşı hazırlamışam"

Bütün rəqibləri təhlil edirik və hər birinə hörmətlə yanaşırıq.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Macarıstanla oyun öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis Macarıstan futbolunun inkişafda olduğunu bildirib.

"Macarıstan millisini yaxşı tanıyıram. Onlarla bir neçə dəfə qarşılaşmışam. Çox yaxşı təşkil olunmuş komandadır. Bizə də qələbə lazımdır. Sabah hər iki komandadan yaxşı oyun gözləyirəm. Avro-2020-də ilk oyunumuz onlara qarşı olub. 80 dəqiqə oyun heç-heçə gedirdi. Macarıstan futbolu son dövrlərdə inkişafdadır. Keçmişi xatırlamaq istəmirəm. Öz komandamı hazırkı Macarıstan yığmasına qarşı hazırlamışam".

Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı sabah saat 20:00-da start götürəcək.

Teqlər:

"Fernandu Santu\u015f: \"Komandam\u0131 Macar\u0131stan y\u0131\u011fmas\u0131na qar\u015f\u0131 haz\u0131rlam\u0131\u015fam\""

Əlaqəli Xəbərlər