Naxçıvanda Türkiyə və Azərbaycan ordusunun təlimləri başlayır
Əsəd Abbaslı
“Sarsılmaz Qardaşlıq–2025” və “Mustafa Kamal Atatürk–2025” təlimləri çərçivəsində Naxçıvana yola düşən hərbi qulluqçular üçün Həsrət Körpüsündə bayraq təhvili və yola salma mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" hesabında məlumat yayıb.
Bu münasibətlə, 5-ci Sərhəd Briqadası Komandanlığının Şəhid Baş Gizir Bülənt Aydın adına sərhəd zastavasının ərazisində yerləşən Həsrət Körpüsündə rəmzi bayraq təhvili və yola salma mərasimi təşkil olunub.
Mərasimdə hər iki ölkənin hərbi qulluqçuları iştirak edib.
🇹🇷🇦🇿 Nahçıvan Özerk Cumhuriyeti’nde icra edilecek Sarsılmaz Kardeşlik-2025 ve Mustafa Kemal Atatürk-2025 Tatbikatlarına katılmak üzere, Nahçıvan Özerk Cumhuriyeti’ne gidecek 1’inci Mekanize Piyade Tugay Komutanlığı personelini uğurlamak maksadıyla, 5’inci Hudut Tugay Komutanlığı… pic.twitter.com/rc1u0fOpby
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 9, 2025
Teqlər:
"Nax\u00e7\u0131vanda T\u00fcrkiy\u0259 v\u0259 Az\u0259rbaycan ordusunun t\u0259liml\u0259ri ba\u015flay\u0131r"