Menyu

UEFA "Kristal Pelas"ın Avropa Liqasında iştirakı ilə bağlı qərarı iyunun 30-dək verməlidir

Əziz Əzizli
UEFA "Kristal Pelas"ın Avropa Liqasında iştirakı ilə bağlı qərarı iyunun 30-dək verməlidir

UEFA rəsmiləri iyunun 30-dək "Kristal Palas" klubunun Avropa Liqasında iştirakına aydınlıq gətirməyi planlaşdırır.

Operativ Media bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, istər klubun özü, istərsə də qərardan təsirlənən digər tərəflərin bu məsələyə görə sonradan İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyi ehtimalı yüksəkdir.

Beləliklə, "Kristal Palas"ın Avropa Liqasından kənarlaşdırılması halında klubun sahibi, eyni zamanda turnirin digər iştirakçısı olan "Lion" klubunun da nəzarətində olan Con Tekstor bu qərara etiraz edə bilər. UEFA-nın qaydalarına əsasən, bir investor avrokuboklarda eyni vaxtda bir neçə kluba nəzarət edə bilməz.

Əgər London klubu yarışa qəbul olunarsa və "Kristal Palas" istisna edilərsə, bu halda müvafiq olaraq Avropa Liqası və Konfrans Liqasında iştirak hüququ əldə edə biləcək "Nottingem Forest" və "Brayton" da qərardan narazılıq edib şikayət verə bilərlər.

Xatırladaq ki, "Kristal Palas" İngiltərə Kubokunun qalibi olaraq Avropa Liqasına vəsiqə qazanıb.

Teqlər:

"UEFA \"Kristal Pelas\"\u0131n Avropa Liqas\u0131nda i\u015ftirak\u0131 il\u0259 ba\u011fl\u0131 q\u0259rar\u0131 iyunun 30-d\u0259k verm\u0259lidir"

Əlaqəli Xəbərlər