Menyu

Azərbaycan millilərinin AÇ-nin birinci mərhələsindəki rəqibləri müəyyənləşib

Əziz Əzizli
Azərbaycan millilərinin AÇ-nin birinci mərhələsindəki rəqibləri müəyyənləşib

17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2025/2026 mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb.

Operativ Media xəbər verir ki, Püşkatma mərasimində Azərbaycan millilərinin rəqibləri müəyyənləşib. B Liqasının 1-ci qrupunda yer alan U-17 Uels, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq.

B Liqasının 5-ci qrupunda qərarlaşan U-19 isə Sloveniya, Şimali Makedoniya və Gürcüstan seçmələri ilə qarşılaşacaq.

Oyunlar bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.

Teqlər:

"Az\u0259rbaycan millil\u0259rinin A\u00c7-nin birinci m\u0259rh\u0259l\u0259sind\u0259ki r\u0259qibl\u0259ri m\u00fc\u0259yy\u0259nl\u0259\u015fib"

Əlaqəli Xəbərlər