Menyu

Azərbaycanlı FİFA referisi İngiltərənin oyununa təyinat aldı

Əziz Əzizli
Azərbaycanlı FİFA referisi İngiltərənin oyununa təyinat aldı

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Operativ Media xəbər verir ki, E.Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Çexiya – İngiltərə oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Simone Sozza yerinə yetirəcək.

İyunun 12-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək B qrupunun matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Teqlər:

"Az\u0259rbaycanl\u0131 F\u0130FA referisi \u0130ngilt\u0259r\u0259nin oyununa t\u0259yinat ald\u0131"

Əlaqəli Xəbərlər