Menyu

Ranyeri İtaliya millisində işləməkdən imtina edib

Əziz Əzizli
Ranyeri İtaliya millisində işləməkdən imtina edib

Klaudio Ranyeri İtaliya millisinin yeni baş məşqçisi olmaq təklifini rədd edib.

Operativ Media xəbər verir ki, Lusiano Spalletti İtaliya millisinin baş məşqçi vəzifəsindən uzaqlaşdırılıb. DÇ-2026-nın seçmə mərhələsində iyunun 9-da Moldova ilə qarşılaşma (2:0) 66 yaşlı mütəxəssis üçün İtaliya millisinin baş məşqçisi kimi sonuncu oyunu olub. O, 2023-cü ildən milli komandaya rəhbərlik edir.

Ranyeri açıqlamasında "İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravinaya bu fürsətə görə təşəkkür edirəm, böyük şərəfdir, lakin mən yeni vəzifəmdə tamamilə "Roma"nın sərəncamında qalmağa qərar verdim", - deyə bildirib.

Ranyeri 2024-2025-ci illərdə “Roma”nı çalışdırıb. 73 yaşlı italyan hazırda "Roma" klubunun idarə heyətinin müşaviridir. O, məşqçilik karyerasının müxtəlif dövrlərində "Kalyari", "Yuventus", "Napoli", "Fiorentina", "İnter", "Monako", "Çelsi", "Fulhem" və digər komandalara da rəhbərlik edib.

Teqlər:

"Ranyeri \u0130taliya millisind\u0259 i\u015fl\u0259m\u0259kd\u0259n imtina edib"

Əlaqəli Xəbərlər