10 İyun 2025, 17:28
Cob Bellinqem "Borussiya Dortmund"a keçib
Cob Bellinqem "Borussiya Dortmund"a keçib şəkil
Cob Bellinqem "Borussiya Dortmund"a keçib

Yarımmüdafiəçi Cob Bellinqhem "Sanderlend"dən "Borussiya"ya keçib.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngilis alman komandası ilə 2030-cu ilin iyunun sonuna kimi müqavilə imzalayıb. Belinqemin "Borussiya"da 77 nömrə altında çıxış edəcəyi və iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək klublararası dünya çempionatına komanda ilə birlikdə uçacağı qeyd olunur.

İnsayder Fabrizio Romanonun sözlərinə görə, transfer 33 milyon avroya başa gəlib.

19 yaşlı Cob 2020-2023-cü illərdə "Borussiya"da çıxış edən "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqemin kiçik qardaşıdır.

2024/25 mövsümündə yarımmüdafiəçi "Sanderlend"in heyətində bütün turnirlərdə 43 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib və komandanın Premyer Liqaya yüksəlməsinə kömək edib.

Son xəbərlər
"Karvan" qapıçısı ilə müqaviləni yenilədi
Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan danışıqlarında müddətinə görə tarixə düşüb
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
10 İyul 2025, 14:29
Bakı metrosunda I yarımildə daşınan sərnişin sayı açıqlanıb
Əbu-Dabidə Azərbaycan-Ermənistan danışıqları - YENİLƏNİR
Azərbaycan və Ermənistan liderləri arasında görüşün ilkin nəticələri açıqlanıb
Aİ Azərbaycan-Ermənistan danışıqlarını alıqışlayır
Murad Musayev: "Sabah" sonuncu pillədə gedirdi, növbəti mövsüm isə gözəl futbolla gümüş qazandıq"