Ana səhifə / İdman / Azərbaycanın 3 güləşçisi Avropa Çempionatına medalla başladı Azərbaycanın 3 güləşçisi Avropa Çempionatına medalla başladı 10.06.2025, 22:31 Əziz Əzizli Şimali Makedoniyanın paytaxtı Skopyedə U17 Avropa çempionatı davam edir. Operativ Media xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib. Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabıyla məğlub edərək bürünc medal qazanıb. Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tam üstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb. Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarov üzərində “tuş”la qələbə qazanaraq Avropa çempionu olub. Beləliklə, millimiz qitə birinciliyinə 1 qızıl və 2 bürünc medalla start verib. Teqlər: "Az\u0259rbaycan\u0131n 3 g\u00fcl\u0259\u015f\u00e7isi Avropa \u00c7empionat\u0131na medalla ba\u015flad\u0131"