Menyu

Dünya çempionatına vəsiqə qazanan Özbəkistan millisinin futbolçularına avtomobil verildi

Əziz Əzizli
Dünya çempionatına vəsiqə qazanan Özbəkistan millisinin futbolçularına avtomobil verildi
1 dəq oxu

Tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Özbəkistan millisinin futbolçularına avtomobil hədiyyə edilib.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev göstəriş verib.

Avtomobillər Qətərlə oyundan sonra futbolçulara təqdim edilib.

Özbəkistan yığması DÇ-2026-nın Asiya üzrə seçmə mərhələsində ötən gün BƏƏ ilə heç-heçə (0:0) edib. Bu nəticə onların tarixdə ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasına imkan verib.

Əlaqəli Xəbərlər