Menyu

Leroy Sane "Qalatasaray"a görə "Bavariya"nın təklifini rədd edib

Əziz Əzizli
Leroy Sane "Qalatasaray"a görə "Bavariya"nın təklifini rədd edib

“Bavariya”nın cinah oyunçusu Leroy Sane yayda komandadan ayrılacaq.

Operativ Media xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Mənbənin məlumatına görə, 29 yaşlı alman futbolçu Münhen klubunun yeni müqavilə təklifini rədd edib. Sanenin hazırkı müqaviləsi iyunun sonunda başa çatır.

Sane son həftələrdə danışıqlarda ən israrlı olan “Qalatasaray” klubuna keçməyə yaxındır. Futbolçunun gələcəyi ilə bağlı qərar verməzdən əvvəl gözləməsini xahiş edən “Əl-Hilal” və Londonun “Arsenal” klubları da onunla maraqlanıblar.

Sane 2020-ci ildən “Bavariya”da çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 45 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt onun bazar dəyərini 32 milyon avro olaraq qiymətləndirir.

Teqlər:

"Leroy Sane \"Qalatasaray\"a g\u00f6r\u0259 \"Bavariya\"n\u0131n t\u0259klifini r\u0259dd edib"

Əlaqəli Xəbərlər