11 İyun 2025, 16:32
Mahir Emrelini istəyən İngiltərə klubu yeni baş məşqçisini açıqladı
Mahir Emrelini istəyən İngiltərə klubu yeni baş məşqçisini açıqladı şəkil
Mahir Emrelini istəyən İngiltərə klubu yeni baş məşqçisini açıqladı

Acun Ilıcalının sahibi olduğu "Hull Siti" futbol klubu baş məşqçi vəzifəsinə Serj Yakiroviçi təyin edib.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə təmsilçisi 48 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalandığını bildirib.

Serj Yakiroviçin təyinatından sonra açıqlama verən Acun Ilıcalı bosniyalı mütəxəssisə güvəndiyini deyib.

“Onun komandamıza gətirəcəyi futbola inanırıq və daha da önəmlisi, o, karyerası boyunca qalibiyyətlər qazandığını sübut etmiş bir baş məşqçidir", - deyə bildirib.

Qeyd edək ki, "Hull Siti" Azərbaycan millisinin üzvü Mahir Emrelini heyətinə qatmaq istəyir. Azərbaycanlı hücumçu "Dinamo Zaqreb" klubunda baş məşqçi Yakiroviç ilə birgə çalışıb.

Son xəbərlər
Taksi fəaliyyəti üçün şəhadətnamə necə alınır? - İZAH
Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
15 İyul 2025, 10:56
Ötən gün 3,3 ton narkotik vasitə məhv edilib
Vətəndaşlar daha 4 məlumatı "Mygov"dan əldə edə bilərlər
Ötən gün axtarışda olan 6 nəfər saxlanılıb
Rusiya Zəngəzur dəhlizi söhbətlərinə reaksiya verib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Azərbaycan XİN Türkiyəni təbrik edib