Cüdo tarixində ilk: Azərbaycanlı hakim dünya çempionatına dəvət alıb
Əziz Əzizli
Cüdo tariximizdə ilk dəfə azərbaycanlı referi böyüklər arasında dünya çempionatına dəvət alıb.
Operativ Media xəbər verir ki, 13–20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Bu əlamətdar nailiyyət münasibətilə Nazim Umbayevi təbrik edir, karyerasında daha böyük uğurlar arzulayırıq!
Teqlər:
"C\u00fcdo tarixind\u0259 ilk: Az\u0259rbaycanl\u0131 hakim d\u00fcnya \u00e7empionat\u0131na d\u0259v\u0259t al\u0131b"