13 İyun 2025, 17:03
"Kəpəz" Sloveniyanın “Celje” klubu ilə əməkdaşlığa başlayıb
"Kəpəz" Sloveniyanın “Celje” klubu ilə əməkdaşlığa başlayıb şəkil
"Kəpəz" Sloveniyanın “Celje” klubu ilə əməkdaşlığa başlayıb

“Kəpəz” və Sloveniyanın “Celje” klubunun rəhbərliyi arasında görüş keçirilib.

Operativ Media xəbər verir ki, görüşdə “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Namiq Qədirov, İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov, “Celje” klubunun prezidenti Valeri Kolotilo, klubun idman direktoru Qennadi Qolubin və Baş Əməliyyat Direktoru Zoran Podkoritnik işitrak ediblər. Görüşdə tərəflər arasında bir sıra məsələlər müzakirə olunub və əməkdaşlıq müqaviləsi imzalanıb. Anlaşma klublar arasında mövcud skautinq şəbəkəsi və resurslardan istifadə edilməklə oyunçuların transferi sahəsində ümumi strateji məsləhətlərin və dəstəyin göstərilməsini əhatə edir.

Qeyd edək ki, 1919-cu ildə yaradılan “Celje” klubu 2 dəfə Sloveniya çempionatının və kubokunun qalibi olub. Sele şəhərinin təmsilçisi 2024-2025-ci illər mövsümündə UEFA Konfrans Liqasının 1/4 final mərhələsinə kimi irəliləyib.

Son xəbərlər
Ötən gün 3,3 ton narkotik vasitə məhv edilib
Vətəndaşlar daha 4 məlumatı "Mygov"dan əldə edə bilərlər
Ötən gün axtarışda olan 6 nəfər saxlanılıb
Rusiya Zəngəzur dəhlizi söhbətlərinə reaksiya verib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Azərbaycan XİN Türkiyəni təbrik edib
"Qarabağ" "Zaltsburq"la qarşılaşacaq
Vəkillər Kollegiyasının sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib