14 İyun 2025, 16:32
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb şəkil
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilib.

Operativ Media xəbər verir ki, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.

Əsaslı yoxlama zamanı kinoloji xidmət iti 16 paletə reaksiya verib və həmin paletlərdəki qarpız yükünün altından gömrük nəzarətindən gizlədilmiş 64 ədəd bağlamada, qablaşdırma ilə birlikdə ümumi çəkisi 207 kiloqram 620 qram narkotik vasitə - marixuana aşkar edilib.

 

Son xəbərlər
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB
10 israilli girov azad ediləcək
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi tədarük edə bilər
Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb
Rusiya XİN müavini işdən çıxarılıb
"Zirə" Türkiyə klubuna qalib gəldi
Bakının bəzi ərazisində işıq olmayacaq
Nərimanov rayonunda su kəsiləcək