15 İyun 2025, 10:49
13 yaşlı azərbaycanlı şahmatçı dünya ikincisi Nakamuranı məğlub etdi
13 yaşlı azərbaycanlı şahmatçı dünya ikincisi Nakamuranı məğlub etdi şəkil
13 yaşlı azərbaycanlı şahmatçı dünya ikincisi Nakamuranı məğlub etdi

Londonda komandalar arasında rapid üzrə dünya çempionatı keçirilib.

Operativ Media xəbər verir ki, Azərbaycan çempionu Rauf Məmmədovun heyətində çıxış etdiyi “Freedom” komandası 17 xalla çempionatın bürünc mükafatçısı olub. Yarış ərzində altı oyunda iştirak edən Rauf Məmmədov iki qələbə qazanıb, bir heç-heçə edib və üç məğlubiyyət alıb. 

Digər şahmatçımız Şəhriyar Məmmədyarovun şərəfini qoruduğu "Generation XYZA" 15 xalla yarışı 8-ci yerdə başa vurub. Ş.Məmmədyarov 12 oyunda səkkiz qələbə qazanıb.

Blits üzrə dünya çempionatının 5-ci turunda Türkiyə komandasının heyətində çıxış edən 13 yaşlı azərbaycanlı şahmatçı Xaqan Əhmədin qələbəsi gündəmi zəbt edib. 2290 FIDE reytinqinə sahib Xaqan Əhməd dünya reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəlməklə diqqətə səbəb olub. Eyni gündə blits yarışında 13 oyundan doqquzunda rəqibləri üstələyən azərbaycanlı şahmatçı qələbələrinin təsadüfi olmadığını sübut edib.

Son xəbərlər
"Mançester Siti" 6 futbolçusu ilə vidalaşa bilər
Zəngəzur dəhlizi hansısa şirkətə verilə bilərmi?
Paşinyan: Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrini bərpa etməyə maraqlıyıq
Sentyabrda PMS imtahanı elektron formada olacaq
“Real” oyun formalarındakı reklamlardan əldə olunan gəlirlər üzrə liderdir
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
Hansı ixtisas qrupuna maraq daha çoxdur?
Məleykə Abbaszadə: İlin sonuna qədər 22 məlumat toplusu ictimaiyyətə təqdim olunacaq