Ceydon Sanço karyerasını "Napoli"də davam etdirə bilər
Əziz Əzizli
"Mançester Yunayted"in hücumçusu Ceydon Sanço A Seriyasında çıxış edə bilər.
Operativ Media xəbər verir ki, bu barədə İtaliyanın “Sky” nəşri məlumat yayıb.
Məlumata görə, 25 yaşlı futbolçu ilə “Napoli” maraqlanır.
İyunun 12-də “Aston Villa”, “Tottenhem” və “Nyukasl”ın da Sançonun transferini nəzərdən keçirdiyi bildirilmişdi.
2024/25 mövsümündə Sanço İngiltərənin “Çelsi” klubunda icarə əsasında çıxış edib. O, bütün turnirlərdə 42 oyuna çıxaraq 5 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb. Klub Sanço ilə daimi müqavilə imzalamayıb.
Teqlər:
"Ceydon San\u00e7o karyeras\u0131n\u0131 \"Napoli\"d\u0259 davam etdir\u0259 bil\u0259r"