Menyu

DÇ: Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulacaq

Əziz Əzizli
DÇ: Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulacaq

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün daha iki azərbaycanlı idmançı tatami üzərinə çıxacaq.

Operativ Media xəbər verir ki, turnirin beşinci yarış günündə Vüqar Talıbov və Elcan Hacıyev mübarizəyə qoşulacaq.

Kişilər arasında -90 kq çəki dərəcəsində çıxış edən Vüqar Talıbov 1/32 final mərhələsində gürcüstanlı Luka Maysuradze ilə qarşılaşacaq.

Elcan Hacıyev isə 1/16 finalda özbəkistanlı Nurbek Murtozoyevlə Remi Föyye duelinin qalibi ilə qarşılaşacaq.

Təsnifat görüşlərinə Bakı vaxtı ilə saat 13:00-da, final blokuna isə saat 20:00-da start veriləcək.

 

Teqlər:

"D\u00c7: Az\u0259rbaycan\u0131n daha iki c\u00fcdo\u00e7usu m\u00fcbariz\u0259y\u0259 qo\u015fulacaq"

Əlaqəli Xəbərlər