Menyu

"Qəbələ"nin yay hazırlıq planı bəlli oldu

Əziz Əzizli
"Qəbələ"nin yay hazırlıq planı bəlli oldu

“Qəbələ”nin yay hazırlıq planı bəlli olub.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iyunun 30-da Qəbələdə hazırlıqlara başlayacaq. Toplanışın ilk mərhələsi 14 gün davam edəcək.

Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyunun 6-sı və 14-ü baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.

Təlim məşq toplanışının ikinci mərhələsinə iyunun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı barədə məlumat veriləcək.

Teqlər:

"\"Q\u0259b\u0259l\u0259\"nin yay haz\u0131rl\u0131q plan\u0131 b\u0259lli oldu"

Əlaqəli Xəbərlər