Menyu

Fərid Qayıbov azərbaycanlı mma döyüşçüləri ilə görüşüb

Əziz Əzizli
Fərid Qayıbov azərbaycanlı mma döyüşçüləri ilə görüşüb

İyunun 17-də gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları – Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayevi qəbul edib.

Operativ Media xəbər verir ki, nazir iyunun 21-də keçiriləcək döyüşlərdə idmançılarımıza uğurlar arzulayıb. İdmançılar isə öz növbəsində yarışlara hazırlıqları barədə məlumat veriblər.

Xatırladaq ki, iyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olacaq tədbirdə ölkəmizi 3 idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcəklər. Bu həm də Tofiqin UFC-də debütü olacaq.

Teqlər:

"F\u0259rid Qay\u0131bov az\u0259rbaycanl\u0131 mma d\u00f6y\u00fc\u015f\u00e7\u00fcl\u0259ri il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər