Menyu

"Qarabağ" yeni transferini açıqladı

Əziz Əzizli
"Qarabağ" yeni transferini açıqladı

"Qarabağ" heyətinə yeni futbolçu cəlb edib.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi Dani Boltla razılaşıb. 25 yaşlı braziliyalı sağ cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, Dani Bolt Portuqaliyanın 2-ci liqa klubu "Torreense"dən transfer olunub. O, başa çatan mövsümdə komandasının heyətində 36 oyuna çıxaraq 2 qol vurub və 3 qolun ötürməsini edib. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.

Bu, "Qarabağ"ın 2025/26 mövsümü üçün ilk transferidir. 

Teqlər:

"\"Qaraba\u011f\" yeni transferini a\u00e7\u0131qlad\u0131"

Əlaqəli Xəbərlər